Qardaşı uşaqlarına dəhşət yaşadan əmi həbsdə öldü - Foto

04 Fevral 2026
69831f8d874a8202602262933
247

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi. / Qafqazinfo.az