"Qarabağ"ın finala gedən yolu - "Nyukasl"ı udarsa bu klubla oynayacaq

31 Yanvar 2026
697d12fa516c5202601262218
618

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Qarabağ" bu turda İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaq. “Qarabağ” bu turdan qalib ayrılacağı təqdirdə, 1/8 finalda yalnız “Barselona” və ya “Çelsi” ilə üzləşə bilər.

“Qarabağ”ın potensial rəqibləri

1/8 final
“Barselona” və ya “Çelsi”

1/4 final
“Qarabağ” – “Barselona” qalibi → “Çelsi” / (“Borrusiya Dortmund” / “Atalanta” qalibi)
“Qarabağ” – “Çelsi” qalibi → “Barselona” / (“Borrusiya Dortmund” / “Atalanta” qalibi)

1/2 final
“Real Madrid”, “Mançester Siti”, “Sportinq”, “Bavariya”, “Qalatasaray”, “Yuventus”, “Atletiko Madrid”

Qeyd edək ki, “Qarabağ”ın qalib olacağı təqdirdə 1/8 və 1/4-də qarşılaşa biləcəyi rəqibləri sistemə görə tam məlumdur. “Qarabağ”ın 1/2 finalda qarşılaşa biləcəyi rəqibləri isə 1/4 finalın digər cütlüklərin nəticələrindən asılı olaraq dəyişir. / Metbuat.az