Qadağalardan sonra efirlər baxın necə oldu - Video

04 Mart 2026
69a1677e9e30b202602264430
661

Son dövrlər tətbiq edilən məlum qadağalardan sonra ölkə telekanallarında yayımlanan verilişlərin formatında ciddi dəyişikliklər edilib.

Artıq efirlərdə daha çox tanınmış və titullu sənətçilərə yer verilir.

Müşahidələrə əsasən, uzun müddət televiziya proqramlarında görünməyən Xalq və Əməkdar artistlər yenidən studiyalara dəvət almağa başlayıblar. Efir siyasətində keyfiyyətə üstünlük verildiyini bildirirlər.

Xatırladaq ki, son illər bəzi proqramlarda qalmaqalların artması və bayağı musiqi ifaçılarının efirdə geniş yer alması həm sənət cameəsində, həm də tamaşaçılar arasında narazılıq doğurmuşdu. Bir çox sənət adamı efir məkanının səviyyəsinin aşağı düşdüyünü açıq şəkildə dilə gətirirdi.

Yeni dəyişikliklərdən sonra isə mədəniyyət və musiqi sahəsində nüfuzlu simaların daha çox görünməsi diqqət çəkir. Tamaşaçılar sosial şəbəkələrdə bu yeniliyi müsbət qiymətləndirərək klassik və peşəkar sənətə üstünlük verilməsini dəstəklədiklərini bildirirlər.

Beləliklə, teleməkanın əvvəlki illərlə müqayisədə daha ciddi və sanballı məzmun təqdim etməyə çalışdığı aydın müşahidə olunur. / Milli.az