Putin bu tanınmış azərbaycanlı ilə görüntülü danışdı

29 Mart 2026
69c900947ef39202603263604
8

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Əməkdar artisti, Dərbənd Dövlət Azərbaycan Dram Teatrının Baş Rejissoru Sərvər Əliyev Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 

Bu münasibətlə Rusiya Federasiyanın Prezidenti Vladimir Putin Sərvər Əliyevi şəxsən təbrik edib. 

Canlı bağlantı zamanı Putin ilə həmyerlimiz arasında maraqlı dialoq baş tutub.

Həmin dialoqu təqdim edirik: 

Sərvər Əliyev: Bugünkü iştirakınız üçün çox sağ olun. İncəsənəti dəstəklədiyinizə və hörmətlə yanaşdığınıza görə minnətdarıq. 

Vladimir Putin: Teatr qrupunuz neçə nəfərdən ibarətdir? 

Sərvər Əliyev: Həm Rusiya, həm də Azərbaycandan, ümumilikdə, 21 nəfər var. 

Vladimir Putin: Sizin teatrda nələrə ehtiyac vardı? Nə əskik idi? 

Sərvər Əliyev: Sadəcə teatr binamız mövcud deyildi, artıq o da var. 

Vladimir Putin: Bütün teatr komandasını və iştirakçıları təbrik edirəm. Uğurlar arzulayıram.  / Manşet.az