“Yaxşı pul təklif edir, deyir Dubaya gəl, amma ərini gətirmə” - Qumral - Video

Təranə Qumralın qızı Qumral Kanal S-də yayımlanan "Xəbərin var?" verilişində maraqlı etirafı ilə diqqət çəkib.

O iş adamının ona yazdığı təklif və mesajdan danışıb.

Müğənni reklam çəkilişi üçün Dubaya dəvət olunduğunu, qarşısına ərinin gəlməməsi şərtinin qoyulduğunu bildirib.

Yüksək qonararlı təklif barədə mesajın telefonunda olduğunu deyən sənətçi həmkarlarına atmacalar atmağı da unutmayıb. / Yenisabah.az