Polislər Tolikin verilişinə gəldi: Tanınmış müğənninin köməkçisi bölməyə aparıldı - Video
"Space TV"də Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində maraqlı anlar yaşanıb.
Verilişə dəvət olunan müğənni Pünhan Piriyev efirə gecikib. O, verilişə gəldikdən sonra gecikmə səbəbini avtomobil yollarındakı sıxlıqla əlaqələndirib.
Efirdə reklam fasiləsindən sonra P.Piriyevin telekanala gələrkən qaydalara zidd hərəkətə yol verdiyi məlum olub. Bunu verilişin aparıcı canlı yayımda açıqlayıb. Tarix Əliyev müğənninin yol polisinə qarşı qaydalara zidd davranışı səbəbindən "Space TV"yə polis əməkdaşlarının gəldiyini bildirib.
Pünhan Piriyev baş verən xoşagəlməz olaya elə qonağı olduğu verilişdə aydınlıq gətirib:
"Efirə gecikirdim və yollar bağlanmışdı. Əlimlə işarə etdim ki, yolu açın keçim. Polis məni başa düşmədi, ya da bu hərəkətimi yanlış anladı. Aydınlaşacaq".
Daha sonra aparıcı Pünhan Piriyevin köməkçisinin izahat yazmaq üçün polis bölməyə aparıldığını qeyd edib.
Həmin videogörüntüləri təqdim edirik: / oxu.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı