Polat Alemdar reytinqləri alt-üst edən mafiya serialına daxil olur - Foto

07 Mart 2026
69ab9f2821307202603264440
177
Türkiyənin bir zamanlar reytinqli serialı “Kurtlar vadisi”nin “Polat Alemdar”ı kimi tanınan aktyor Necati Şaşmazın “Now” kanalında yayımlanan “Yeraltı” serialına qatılacağı iddia olunub.
Necati Şaşmaz "Yeraltı" serialının heyətinə qonaq aktyor kimi qatılacaq.
Məlumata görə, N.Şaşmaz serialda sadəcə 2 bölüm rol alacaq.
Qeyd edək ki, “Yeraltı” serialına bundan öncə “Kurtlar vadisi”nin daha iki aktyoru - Muhammed Cangören və Sefa Zengin qatılıb. Onlar 23 ildən sonra eyni rolda çıxış edib. Ekran işində həmçinin “Kurtlar vadisi”nə aid ifadələrin yer alması da izləyicilərdə maraq yaradıb. / Bizim.media