Petek Dinçöz 70 minə Bakıda kimin villasına gəlib?

Elgiz Əkbər aparıcısı olduğu “Elgizlə izlə” verilişində türkiyəli müğənni Petek Dinçözlə bağlı açıqlama verib.

Televiziya ulduzu bildirib ki, sənətçi öz ansamblı ilə imkanlı bir şəxsin Bilgəhdəki villasında 8 nəfər qonağa konsert verib.

E.Əkbər P.Dinçözə bu çıxışına görə 70 min qonorar verildiyi söyləyib:

“Həmin şəxs Bilgəhdəki bağ evinə məni dəvət etdi. Amma demədi ki, hansı səbəbə görə dəvət edir. Sadəcə dedi ki, bizə gəl. Gəlib gördüm ki, bağda 5 nəfərlik masa. Həmin masada da oturub həmin şəxs və onun xanımı. Onların da gözlərinin ağı – qarası bir qızı var. Məndə onlarla bir əyləşmişdim. Digər yerdə isə uşaqlar üçün masa açmışdırlar. Onların valideynləri üçün isə bir başqa masa hazırlanmışdı. Onlar bizdən biraz aralıda əyləşmişdirlər. Məlum oldu ki, uşağın ad günüdür. Villanın həyətində baş hissədə isə boş stullar qoyulmuşdu. Qapı açıldı gördüm ki, musiqiçilər içəri daxil oldular. Onlar öz yerini aldılar. Daha sonra Petek Dinçöz gəldi. O 25 nəfərlik musiqiçisi ilə 8 nəfər qonağa konsert verdi. Ona 70 min amma bilmədim dollar yoxsa manat qonorar verdilər. Petek verilişimdə iki dəfə iştirak edib. Amma o bu məbləğdə qonorar alacaq müğənni deyil. Çünki o yeni ifaçılardandır. Sonradan səhnəyə gəlib”. / Olay.az