Oteldə Nil Monzeyə hücum: Ağır yaralanıb - Foto

27 Fevral 2026
69a0acfb7378a202602262843
358

Nil Monze kimi tanınan keçmiş NİDA-çı Elsevər Mürsəllinin oteldə bıçaqlandığı iddia olunub.


Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İddiaya görə, hadisəni törədən şəxs Mürsəllinin qaldığı otel otağına daxil olaraq Mehman Hüseynov haqqında qeyri-etik ifadələr işlədib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.


Mübahisə zamanı naməlum şəxs Elsevər Mürsəlliyə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.


Məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. / Sfera.az