Oteldə 21 yaşlı qızla tutulan məmur kimdir? - FOTO

28 Mart 2026
69c7d3e9adf97202603261313
1994

Xəbər verdiyimiz kimi, Türkiyənin Uşak şəhərinin bələdiyyə başqanı Özkan Yalım saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiyada, şübhəli tender əməliyyatlarında və başqa cinayətlərdə ittiham olunur.

Polis bələdiyyə sədrini Ankaradakı hotellərdən birində həbs edib. Özkan Yalım saxlanılarkən Uşak bələdiyyəsinin informasiya söbəsinin 21 yaşlı xanım əməkdaşı da onunla birlikdə olub.

Məlumat üçün bildirək ki, Özkan Yalım 1969-cu ildə Uşak şəhərində anadan olub. Orta təhsilini doğma şəhərdə alıb.

Özkan Yalım Türkiyənin siyasi dairələrində kifayət qədər tanınmış simadır. O, 26,27 və 28-ci cağırış Türkiyə Böyük Millət Məclisinin deputatı olub. 4 aprel 2024-cü ildə Uşak şəhərinin bələdiyyə başqanı seçilib. Müxalif Cümhuriyyət Xalq Partiyasının üzvüdür.

Özkan Yalım həm də tanınmış iş adamıdır. Onun bir neçə iri şirkətə sahib olduğu bildirilir.  / Metbuat.az