Orxan Lökbatanlının iş adamı olan xanımı görün kim imiş - Foto

01 İyun 2026
6a202291aa354202606264817
503
Orxan Lökbatanlının solo konsertində ən diqqətçəkən məqamlardan biri həyat yoldaşı Kəmalə xanımın ona göstərdiyi dəstək olub.
Kəmalə xanım konsert boyu sənətçini tək qoymayıb, səhnənin ön hissəsində əyləşərək ona dəstək olub. Orxan isə səhnədən etdiyi çıxışda sevgi mövzusunda səsləndirdiyi mahnıların hamısını həyat yoldaşına ithaf etdiyini bildirib.
Gecənin ən maraqlı anlarından biri isə Kəmalə xanımın sürprizi olub. Belə ki, o, Orxana möhtəşəm gül çələngi hədiyyə edib. Bu jest sənətçini duyğulandırıb və onun xoşuna gəlib.

Qeyd edək ki, bundan əvvəl Orxan Lökbatanlının xanımı, həyat yoldaşının onun üçün mağaza açması ilə gündəmə gəlmişdi.