Onun arvadıyam - Elzanın etirafı olay oldu

05 Fevral 2026
6984e7ad26492202602265541
81

Əməkdar artist Elza Seyidcahan qeyri-adi sözləri və seçdiyi geyim tərzi ilə yenidən diqqət mərkəzinə düşüb.

Müğənni bu dəfə də fərqli obrazı ilə seçilib.

Elza Seyidcahan səhnə geyimi barədə danışarkən bildirib ki, obrazını təbiət motivləri üzərində qurub:

"Geyimimdə meşədən olan bitkilər, böcəklər var. Mən meşə kralının xanımıyam"".

Sənətçi taxdığı boyunbağının da xüsusi mənası olduğunu vurğulayıb. Onun sözlərinə görə, aksessuar təbii daşlardan hazırlanıb və gəlini tərəfindən hədiyyə edilib.

Müğənninin bu fərqli üslubu sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəziləri Elza Seyidcahanın cəsarətli və yaradıcı tərzini alqışlasa da, digərləri geyimi müzakirə mövzusuna çevirib. / Milli.az