Onlar getdi Nanə isə efirə qayıtdı

18 Mart 2026
69ba6f876271d202603262527
34

ATV-nin siması kimi tanınan aparıcı Nanə Ağamalıyeva 1 illik fasilədən sonra yenidən doğma kanalına qayıdır.

Bununla bağlı adı çəkilən kanalın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli məlumat verib.

Aparıcı “Nanəli” verilişi ilə yeni formatda tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, ötən gün televiziya kanallarında bir sıra dəyişiklik edilərək daha 5 verilişin yayımı dayandırılıb.