Ölkəni yasa boğan Elgünün imtahan nəticələri açıqlandı

  • Cəmiyyət
  • 17 May 2025
6827a9a2070c2202505250954
  • Oxunub: 2467

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.

Mərhum 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:

"İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız".

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb. / oxu.az

Oxşar xəbərlər
Tapılmadı