Metbuat az xarici mediaya istinadla xəbər verir ki, şanslı gənc lotereyada udduğu 1 milyon dolları nəğd götürməkdən imtina edib. O, atası ilə məsləhətləşəndən sonra həftədə 1000 (1700 AZN) dollar almağa qərar verib. "Əvvəl gözlərimə inanmadım. Əlimdəki lotereyaya bir də baxdım. Bəli, bəxt üzümə gulmusdu!", - bəxtəvər Brenda belə deyib.
Şanslı qız 1 milyon dolların onu və ailəsini yoldan çıxaracağından ehtiyatlandığı üçün az məbləğlə kifayətləndiyini deyib: "Biz heç vaxt bu qədər pulu bir yerdə görməmişik. Az olsun, həmişə olsun", - lotereya qalibi olan Brenda Aubin- Vrenga qərarını belə əsaslandırıb.
Mütəxəssislər kanadalı gəncin qərarını "ağıllı seçim" adlandırıblar. Onlar Brendanın lotereyada qazandığı pulun faizi hesabına ömrünün sonuna kimi rahat yaşayacağını bildiriblər.
Qeyd edək ki, Brenda Aubin-Vrenga 39 yaşına çatanda onun almış olduğu məbləğ 1 milyon, 80 yaşına çatanda isə 3,1 milyon dollar təşkil edəcək.