Öldürülən müğənni ilə bağlı inanılmaz iddia: İçib gecə Əli Mirəliyevə zəng vurub ki... - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün qısqanclıq zəminində müğənni Yaqut Haşımova həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib. Mərhumun duet ortağı müğənni Əli Mirəliyev "Bizimləsən" ictimai-sosial verilişin canlı efirinə zəng edərək Yaqutla bağlı qalmaqallı açıqlamalar verib."Mən Yaquta sənətdə irəli getmək üçün onunla duet oxuyaraq köməklik etdim. Sonralar gördüm ki, bunun sorağı başqa yerlərdən başqa cür gəlir. Ona söylədim ki, sənin ailən (həyat yoldaşı və səkkiz yaşlı oğlu - red.), ayrı evin var. Yaqut populyar olandan sonra belə şeylər edirdi...", - deyə Mirəliev qeyd edib. Əli Mirəliyev danışarkən onun səsləndirdiyi bəzi fikirlər efirə egtməyib. Həmin an proqramda ekspert qismində iştirak edən müğənni Nüşabə Musayeva Əli Mirəliyevin səsləndirdiyi şok iddialarına sərt şəkildə reaksiya bildirib: "İndi siz deyirsiniz ki, Yaqut sağ ikən içki içib mənə zəng vururdu. Yaqut sizə niyə zəng etməli idi ki? Əgər elə idisə cavan oğlana zəng vurardı da... Onun sizə ehtiyacı var idi ki, bir kişi kimi? Siz özünüz Əli bəy, gecənin bir yarısında mənə zəng vurub demisiniz ki, Nüşabə xanım səni efirə çıxardacağam amma Şəkidə qonaqlarım - bəy dostlarım var, onlar səni görmək istəyir. Gəl, gedək mənimlə Şəkiyə. Əxlaqdan danışırsınızsa,... Mən Nüşabə Musayeva Sabir qızının belə şeylərlə reklama ehtiyacım yoxdur. Sən Əli Mirəliyev, heç kimin əxlaqına şər-böhtan ata bilmərsən. Mən Yaqutu çox gözəl tanıyıram. Sən özün elə ədəbsiz hərəkətlərin və davranışların, günahların ola-ola kimsəni əxlaqsızlıqda ittiham edə bilməzsən. Əli Mirəliyev Yaqutun qətlində taqsirkar bilinən şəxsin tərəfini tutdu, müdafiə etdi. Heç bir halda kimsəyə o ixtiyar verilməyib ki, kiminsə balasını qətlə yetirib, öldürsün. Nə reklam? Reklam vaxtıdır?". N.Musayevanın bu sözlərinin yalan olduğunu bildirən Ə.Mirəliyev "Danışıram və qıcıqlandırıram studiyada oturan "gözəlçələrdir" adını da qoyub Nüşabədir, Nüşanədir və sayra" deməsi ilə qarşı tərəfi daha da əsəbiləşdirib. Nüşabə "Əli Mirəliyev, ağzınızın danışığını bilin. "Gözəlçələrdir" adlandırdıqlarınızdan sizin evinizdə də var. Öz yaşınıza və başınıza hörmət edin. Əgər özünüzə hörmət etmirsinizsə, o zaman evdəkilərinizə hörmət qoyun. Mən o Nüşabə Musayevayam ki, sizin doğum günü məclisinizdə başda oturmuşdum. Sizə hörmətim vardı. Amma mənə etdiyiniz o təkliflərinizdən sonra sizə nifrət elədim. Siz düz danışın. Ölən insan haqqında yalnış fikir səsləndirməyin. O ölən qadın müğənninin səkkiz yaşlı oğlu, qohumları, ətrafı var. Yaqut Haşımova bizim sənət yoldaşımız olub. Deyirsiniz ki, onu efirə mən gətirmişəm. Amma sizin onu verilişlərə gətirməyinizin arxasında çox şeylər var. Bunu isə mən çox gözəl bilirəm. Şəxsən mənim özümə təkliflər eləmisən. Mənə təklif eləmisən..." - fikirlərini səsləndirib.Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.