Oğlanlar evlənməyə tərbiyəli qız tapa bilmirlər

18 Fevral 2026
6994d31d20906202602264413
96

Müğənni-prodüser Mədinə Məlik "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub.

Sənətçi ailə və evlilik mövzusunda sərt mövqe nümayiş etdirib.

O bildirib ki, bu gün oğlanların ailə qurmaq üçün tərbiyəli qız tapmaqda çətinlik çəkdiyini düşünür:

"İndi oğlanlara ailə qurmaq üçün uyğun, tərbiyəli qız tapmaq çətinləşib", - deyə Mədinə Məlik vurğulayıb.

Sənətçi daha sonra varlı ailəyə ərə getməyi əsas məqsəd seçən qızları da tənqid edib. Onun bu fikirləri studiyada fikir ayrılığı yaradıb və qızğın mübahisəyə səbəb olub. Proqram iştirakçıları məsələyə fərqli mövqedən yanaşaraq Mədinə Məliklə polemikaya giriblər.

Verilişdən yayılan kadrlar sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilərin bir qismi sənətçinin fikirlərini dəstəkləsə də, digər qrup onun ümumiləşdirilmiş yanaşma sərgilədiyini bildirib. Mövzu ətrafında deniş müzakirələr davam edib. / Milli.az