O sənin qızın deyilsə övladının şəklini göstər: Deputata şok cavab - Foto
26 Noyabr 2025
862
Milli Məclis üzvü Günay Ağamalının qızı olduğu iddia edilən gəncə dair özü bəyanat versə də, açıq suallar qalır.
Deputat sosial mediada qızı haqqında yayılan məlumatlara münasibət bildirib. O, yayılan videonun əsassız və qərəzli kampaniyanın tərkib hissəsi olduğunu vurğulayıb.Günay Ağamalı qeyd edib ki, sosial mediada yayılan görüntülərdəki şəxs onun övladı deyil.
Videonu paylaşan jurnalist Şəfəq Ağacan Yenisabah.az-a bildirib ki, Günay Ağamalının verdiyi izahla tanışdır, amma onun açıqlaması həqiqətə uyğun deyil:
"Çünki videogörüntü yayılan kimi nə Günay Ağamalı, nə də Fəzail Ağamalı zəngə cavab verdi. Hətta qardaşı Elçin Ağamalı da dedi ki, bu barədə şərh vermək istəmir.
Gəlin, məntiqlə düşünək. Mənim deputat Günay Ağamalıya qarşı heç bir qəsdi-qərəzliyim yoxdur. Sadəcə video qarşıma çıxdı və mənə maraqlı gəldi ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olan şəxsin mental dəyərlərdən uzaq ailə üzvü var. Deputatın belə bir övladının olmağı bizim üçün yaxşı örnək deyil. Məhz buna görə sözügedən videonu paylaşdım”.
Jurnalistin sözlərinə görə, videonun paylaşmasından sonra həmin şəxsin sosial şəbəkə hesabında bütün görüntülərin silinməsi və profilin yoxa çıxması şübhə doğurub:
“Günay Ağamalının açıqlaması o vaxt həqiqətə uyğun olardı ki, o, öz övladının şəkillərini paylaşar və təsdiq edərdi ki, videodakı qız onun övladı deyil. Necə oldu ki, bu görüntüləri yayan kimi qızın səhifəsindən bütün videolar dərhal silindi, daha sonra axtarışda həmin profil belə çıxmadı?
Mən də jurnalistəm, hər halda, araşdırmamış material paylaşmaram. Biz Konstitusiya hüquqlarını bilirik, paylaşımda heç bir təhqir yoxdur. Sadəcə ictimailəşdirmişik və cəmiyyətin fikrini öyrənmək istəmişik.
Günay Ağamalı deyir ki, qızıma oxşaya bilər, amma o deyil. Bəs sinədəki, qollardakı tatular necə? Əgər biz səhv düşüncədəyiksə, Günay xanım qızının şəklini çəkib göstərsin. İkincisi, bu səhv idisə, niyə o, sözügedən paylaşımdan sonra niyə “Facebook”da mənə dostluq təklifi yollamışdı? O heç vaxt dostluğumda olmayıb”.

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
24.01.2026 00:19:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Açıq-aşkar etiraf etdi - "Boşanmalar bizə görə artıb"
17.02.2026 00:45
Cəmiyyət
Bayram Nurlu siyasətə qoşulur? - Deputatın partiyasına...
16.02.2026 19:55
Cəmiyyət
Bu ölkə zaurların, xoşqədəmlərin, coliklərin ölkəsi deyil: Rədd edin efirdən bunları - Şok sözlər
16.02.2026 17:37
Cəmiyyət
Afət tanınmış sənətçinin qızı imiş - Video
16.02.2026 15:58
Cəmiyyət
Mənə intim təkliflər edirlər: Deyirlər ki... - Faiqdən şok etiraf
16.02.2026 01:03
Cəmiyyət
Zaurdan 28 ildir boşanan müğənniyə qeyri-etik sual - Video
16.02.2026 00:49
Cəmiyyət
Qurbanov üsyan etdi: "AFFA-da bunu görmürlər?"
16.02.2026 00:27
Cəmiyyət
Tanınmış aparıcı efirə ədəbsiz geyimdə çıxdı - Foto
15.02.2026 23:06
Cəmiyyət
Gülay Zeynallıdan ailəsi ilə bağlı paylaşım - Foto
15.02.2026 21:19
Cəmiyyət
Mehriban Əliyevanın rəzil etdiyi "Qadın Emin" baxın kim imiş - Video
15.02.2026 19:56
Cəmiyyət