"Nyukasl"la oyuna görə, "Qarabağ" matçın təxirə salınmasını istədi, "Neftçi" baxın necə cavab verdi

03 Fevral 2026
698218e09899a202602264848
653

"Neftçi" klubu Misli Premyer Liqasının XXI turunda "Qarabağ"la ev oyununun təxirə salınması təklifini qəbul etməyib.

Bu barədə Oxu.Az-a "Qarabağ" klubunun mətbuat xidmətindən məlumat verilib.

"Komandamız tərəfindən UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl Yunayted"lə keçiriləcək oyun ərəfəsində, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Qarabağ" qarşılaşmasının təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət olunmuşdu. Lakin "Neftçi" klubunun etirazı nəzərə alınaraq, sözügedən müraciət qəbul edilməyib", - deyə məlumatda qeyd olunub.

Beləliklə, 21 fevral saat 19:00-da "Palms Sports Arena"da matça çıxacaq "Qarabağ" klubu bir gün sonra "Nyukasl Yunayted"lə oyun üçün İngiltərə səfərinə yollanacaq.