Növbə onlara çatdı: Zaur, Xoşqədəm, Lalə... - Sərt qərar verildi

27 Fevral 2026
69a1ee4ad3c2b202602261938
963

Zaur Baxşəliyevin təqdim etdiyi “Bizimləsən”, Amil Xəlilin “Gəl danış”, Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Lalə Azərtaşın “Təsir dairəsi” və Nuranə Gülərin aparıcılıq etdiyi “Çıxış yolu” proqramlarına son dəfə ciddi xəbərdarlıq edilib.

Oxu24.com-un əldə etdiyi məlumata görə, xəbərdarlıq sözügedən verilişlərdə yayımlanan bəzi mövzuların etik normalara və yayım qaydalarına uyğunluğu ilə bağlı olub.

Xüsusilə ailə-məişət problemlərinin, şəxsi həyatın toxunulmazlığına dair məqamların və azyaşlıların hüquqlarına aid məsələlərin efirdə təqdimat forması diqqət mərkəzinə alınıb.

Mənbənin bildirdiyinə görə, proqramlarda emosional çıxışlar, studiyada yaranan qarşıdurmalar, eləcə də şəxsi məlumatların açıq şəkildə səsləndirilməsi ilə bağlı ciddi iradlar səsləndirilib. Qurum tərəfindən yayımçılara qanunvericiliyin tələblərinə əməl olunması, etik prinsiplərin qorunması və vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşılması tövsiyə edilib.

Qeyd olunur ki, bu, son xəbərdarlıq xarakteri daşıyır. Oxşar halların təkrarlanacağı təqdirdə proqramlarla bağlı daha sərt inzibati tədbirlərin görülməsi istisna edilmir.