Nəslinə diz çökdürərəm... - Sərt sözlər
“Mənim cəmi bir videom var, onunla da məni vuran qadının nəslinə diz çökdürərəm”
Bu sözləri bloqer Sevinc Hüseynova onu şantaj edən jurnalist üçün deyib.
Jurnalist Səidə Bəkirqızı, əlində bloqerin şəkil və videoları olduğunu iddia edib.
Sevinc Hüseynova isə bildirib ki, onun cəmi bir videosu ola bilər:
“Mən dəfələrlə vurğulamışam ki, mənim bir dənə videom ola bilər. O da bəxt üzüyündən bir fraqment. Onunla da məni vuran qadının qanun qarşısında nəslinə diz çökdürərəm. Mən fakt və sübutla danışıram.
Bu ölkədə mənim başıma heç kim iş aça bilməz. Bu ölkədə dərəbəylik deyil. Özünü müdafiə etməyi bacaran hər bir vətəndaşın hüquqları müdafiə olunur. Onsuz da mən o şantajçı qadınla bağlı birbaşa Daxili İşlər Nazirliyinə, Vilayət Eyvazova müraciətimi edəcəm”. / Showmedia.az
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto