Nərimanın transfer olacağı tanınmış klubun adı açıqlandı

08 Fevral 2026
69882532708f4202602265458
570

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəni n karyerasını MLS-də davam etdirəcəyi yönündə dünən yaydığımız xəbər böyük rezonans doğurub.

22 yaşlı gəncin ABŞ-yə yollanacağına inananlar da var, inanmayanlar da.

Biz isə öz işimizdəyik və lənkəranlı forvardın anlaşdığı klubun adını artıq öyrənmişik.

Bu, «Kolambus Kru»dur.

"Xəzər Lənkəran"ın yetirməsinin 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc da əldə edəcək.

O, "Qarabağ"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. / Sportinfo.az