Nəriman gedir - Sürpriz təklif gəldi

07 Fevral 2026
69864c67068d8202602261743
169

​Bir müddətdir "Qarabağ"ın gənc forvardı Nəriman Axundzadənin klubdan ayrılacağı ilə bağlı xəbərlər yayılır.

Həqiqətən hücumçu üçün xarici klublardan təkliflər var.

Hazırda tərəflər arasında danışıqlar intensivləşib. Əgər maddi məsələlərdə razılıq əldə olunsa, N.Axundzadə Ağdam təmsilçisindən ayrılacaq.

Məsələ burasındadır ki, futbolçu özü də legioner həyatı yaşamaq istəyir. O bu barədə klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanova da məlumat verib.

Q.Qurbanovun onu ötən gün "Şamaxı" ilə kubok matçında ilk 23-lüyə salmaması da iddiaları gücləndirib. / Qafqazinfo.az