"Namusdan-qeyrətdən danışa bilərəm, çünki ərim var"

30 May 2026
69ff150e5cd2b202605260550
234

Müğənni Qumral Musayeva açıqlamaları ilə sosial şəbəkələrdə diqqət çəkib.

Sənətçi müğənnilərə qarşı münasibətin onların öz davranışlarından qaynaqlandığını bildirib:

"Müğənnilər onlara olan münasibətə görə özləri məsuliyyət daşıyır. Özləri bu vəziyyətə çıxarıblar. Hamı bir-birini tanıyır. Amma mən gəldikdə namusdan, qeyrətdən danışa bilərəm. Yanımda həyat yoldaşım var, hara gedirəmsə onunla gedirəm".

Qumral Musayeva xaricdən aldığı bəzi təklifləri də qəbul etmədiyini deyib:

"Moskvadan, Gürcüstandan gələn təklifləri geri çevirirəm. Harada ki, 'tək gəl' deyirlər, mən o yerlərə getmirəm".

Müğənni onun haqqında deyilən fikirlərə də münasibət bildirib:

"Mənə 'səni çağırmırlar' deyənlərə cavab olaraq deyim ki, mənim nəyim əskikdir ki? Görünüşüm də, geyimim də, hər şeyim uyğundur. Mən də istəsəm hamıdan gözəl geyinib elə səhnələr paylaşaram".

Sənətçinin bu fikirləri sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun ailə dəyərlərinə önəm verməsini dəstəkləyiblər. / Milli.az