Müğənni Kəmalə Günəşli saxlanılıb?

04 Fevral 2026
698395138ea20202602265059
1203

Müğənni Kəmalə Günəşli hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbərinə reaksiya verib.

Oxu24.com xəbər verir  ki,müğənni bu barədə  sosial şəbəkə hesabında canlı yayım açaraq  münasibət bildirib.

"Həbs olunmağımla bağlı yayılan xəbər yalandır. Bunu yazanları məhkəməyə verəcəm.Ailəm,uşaqlar narahat olub.

Niyə yalandan yazırsınız?Nə istəyirsiniz məndən?",-deyə ifaçı bildirib.

***

Müğənni Kamalə Günəşli saxlanılıb.

Konkret.az “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, ilkin məlumatlara görə, onun saxlanılmasına səbəb kimi son dövrlər sosial şəbəkələrdə və səhnə çıxışlarında nümayiş etdirdiyi, bəzi dairələr tərəfindən qeyri-etik hesab olunan performanslar göstərilir.

Lakin məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.

Bildirilib ki, müğənninin son çıxışları sosial mediada geniş müzakirələrə səbəb olub, bir sıra istifadəçilər tərəfindən tənqid edilib.

Hazırda hadisənin detalları dəqiqləşdirilir. Əlavə məlumat əldə olunduqca ictimaiyyətə təqdim ediləcəyi qeyd olunur.