Müğənni Aysel Mehdiyevin evini bele "yıxmışdı" - Foto

07 Fevral 2026
6988f7e522dba202602265357
230

Günlərdir mətbuatın gündəmini zəbt edən Ramiz Mehdiyevin  "vurulması"nın əsası  2020-ci ildə  karantin qaydalarını  pozaraq  nəvəsinə  toy  etməsi  ilə  qoyulmuşdu.

Həmin vaxtda  qayda  pozuntusuna görə,Ramiz Mehdiyevin kürəkəni  İlham  Əliyev  15 sutka müddətinə inzibati qaydada həbs edilmişdi.

Bəs,Mehdiyevlərin "evini yıxan" görüntüləri kim çəkib,paylaşmışdı?

Görüntüləri  müğənni  Aysel Teymurzadə çəkərən xəbər saytlarına ötürmüşdü.

Hadisə baş verən  zaman  Ramiz  Mehdiyevin  kürəkəni  müğənnini  ittiham  edərək bu sözləri demişdi:

“Filarmoniyanın direktoru Murad Adıgözəlovun həyat yoldaşı, Azərbaycanı “Eurovision” yarışmasında təmsil etmiş Aysel qərəzli videoları çəkib, müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu haqda çox düşünmüşəm, bundan sonra da araşdırma aparacağam. Bu, sabotajdır. Akademik Ramiz Mehdiyevə qarşı sabotajdır. Onu cəmiyyət qarşısında nüfuzdan salmaq məqsədi güdür. Bu gün dostuna xəyanət edən, sabah dostuna, xalqına da xəyanət edərcək". 

Xatırladaq ki, 2020-ci ilin  avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilmişdi. / Oxu24.az