Meyxanadan gedən Orxan xalq mahnısı oxudu - tənqid edildi / VİDEO

  • Digər
  • 03 İyul 2024
66858dee9ba94202407244414
  • Oxunub: 645

ir müddət öncə meyxanadan uzaqlaşdığını açıqlayan Orxan Lökbatanlının yeni yayılan videosu müzakirə yaradıb.

Söz ustası səhnə aldığı məclislərin birində meyxana demək əvəzinə, mahnılar səsləndirib. Xalq mahnısının da yer aldığı repertuarda Lökbatanlının səhvlərə yol verdiyini, bu tip bəstələri ifa etmək üçün səsinin olmadığını yazanlar olub.

Əksəriyyət meyxanaçının öz sənətinə qayıtmalı olduğunu qeyd edib.

Xatırladaq ki, O. Lökbatanlı həmkarı Rəşad Dağlı həbsdən çıxdığı zaman meyxana deyəcəyini söyləmişdi. / Olay.az

Oxşar xəbərlər
Tapılmadı