Müğənni Mətanət Əsədova həmkar Manaf Ağayevin nəvəsinə bahalı hədiyyə verib.
Bu barədə sənətçi “Səhər mərkəzi” proqramında qonaq olarkən danışıb.
Əsədova deyib ki, Manafın adını daşıyan nəvəsinə brilyantdan maşın hədiyyə edib:
“Manaf Ağayevin nəvəsi, balaca Manaf çox gözəldir. Onu sevdim. Ürəyimdən gələn bir hədiyyə aldım. Qızıl və brilyantla dolu maşın vermişəm. Bütün maşın brilyantdır. O uşaq möcüzəli uşaqdır”.
M. Ağayev Əsədovanın açıqlamasını təsdiqləyib. / Olay.az