Messi və Ronaldo Türkiyə klubuna gəlir? - Şok iddia

07 Fevral 2026
6986e42449e53202602260508
115

Son günlərdə ən çox müzakirə olunan mövzulardan biri Kriştiano Ronaldonun gələcəyidir.

O, son iki oyunda "Əl-Nəsr"in heyətində yer almayıb.

Portuqaliyalı ulduz Səudiyyə İnvestisiya Fondunun klublara qarşı eyni davranmadığını düşünür.

Ronaldo yayda buradan ayrılsa, onun üçün ehtimallardan biri də Türkiyədir.

Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Türkiyə klubları yay transfer pəncərəsi öncəsi vəziyyəti yaxından izləyirlər.

Ronaldonun oyunları qeyri-müəyyən müddətə boykot edəcəyi gözlənilmir. Çünki o, yoxluğunun "Əl-Nəsr"in çempionluq şanslarına mənfi təsir göstərəcəyini və Dünya Çempionatı ilində oyun təcrübəsinin olmamasının ideal variant olmadığını bilir.

Qeyd edək ki, 41 yaşlı futbolçunun Səudiyyə Ərəbistan klubu ilə müqaviləsində 50 milyon avroluq sərbəstqalma bəndi də var. / Offsideplus.az

***

“İnter Mayami”nin futbolçusu Lionel Messi barədə yeni iddia irəli sürülüb.

Türkiyəli jurnalist Levent Tüzemenin iddialarına görə, argentinalı ulduz "Qalatasaray"la danışıqlar aparıb. Bildirilib ki, "Qalatasaray"la yaxın əlaqələri ilə tanınan jurnalist iddia edib ki, Dünya Kubokuna yaxşı formada yollanmaq istəyən Messi Avropaya qayıtmaq istəyir və o, “Qalatasaray”da oynamağa etiraz etməyib. Messinin Türkiyə nəhəngindən 12 oyunluq müqavilə istədiyi iddia edilib.

Jurnalistin sözlərinə görə, Messi yalnız İstanbulda oynamaq və səfər oyunlarına getməmək şərti ilə 12 oyunluq müqavilə istəyib. / Metbuat.az