Məşhur müğənni estetik əməliyyatdan sonra peşman oldu – “Baxanda özümü tanımıram”

01 İyun 2026
683b6ec5c5181202506250405
362
Tanınmış müğənni Mənzurə Musayeva estetik əməliyyatdan sonra üzündə yaranan dəyişikliklərdən narazı qalıb. Müğənni bildirib ki, nəticə gözlədiyi kimi olmayıb və sifətində qeyri-təbiilik yaranıb.

“Sifətimin bir tərəfini dartıblar, o biri tərəf olduğu kimi qalıb. Dörd ay keçib, həkim deyir hələ də şiş var. Baxanda özümü tanımıram,” – deyə şikayətlənib.

Sənətçi məsələ ilə bağlı hüquqi addım atacağını da istisna etməyib.