ATV televiziyasında əyləncəli
verilişdə efirə verilən klip birmənalı qarşılanmayıb. Mahnının sözlərində “Məni
biabır elədiniz”, “Nömrəniz hamıda var xalaqızları” kimi sözlər yer alıb. Efirə
yaraşmayan sözlərin yer aldığı mahnının efirə verilməsi sosial media istifadəçiləri
tərəfindən tənqid edilib.