"Məndə olan səs, fiqura səndə olsa..." - Afət özünü təriflədi

Sözləri ilə diqqət çəkən müğənni Afət Fərmanqızı onu izləyən izləyicisinə verdiyi cavabla yenə gündəm olmağı bacarıb.

Türkiyəli sənətçi İbrahim Tatlısesin repertuarından "Haydi Söylə" mahnısını ifa edən Fərmanqızına onu izləyən izləyicisinin: "Nə olar, bir bu mahnıya dəymə!" - deməsi xanım sənətçini qıcıqlandırıb.

Afət açıb ağzını, yumub gözünü:

"Mən də olan səs, görünüş, fiqura sən də olsa, tursikdə gəzərsən. Bəsdir, xainlik etdin! 200 nəfər rəy yazıb, 199 adam bəyəndi. Bir sən bəyənmədin! Mənzərə ortadadır, bunun bir adı var: Xainlik!" - deyə, izləyicisinə cavab verib. / showclaba