Mehriban Əliyeva onu ağzını açmasına peşman etdi - Video
Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cavabı gündəmə çevrilib.
Emin Hüseynov konfrans zalından çıxan Mehriban xanım Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirib.
Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” – deyə, yoluna davam edib.
Qeyd edək ki, Emin Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmışdı. O, ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi.
E.Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda “novarçı” donuna girərək, erməni işğalının davam etməsi üçün təbliğat aparırdı.
“Erməni hüquqlarının müdafiəçisi” kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyələşdirdiyi qurumlardan qrant alır.
Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır. / Sfera.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı