Mahsun Bakıda bu tanınmış şəxsin toy məclisinə gəlibmiş - Foto

15 İyun 2026
6a2fbab7e61cd202606264127
53

Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib. 

Manset.az-ın əldə etdiyi məlumata görə, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.

M.Kırmızıgül "Aral Group"un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə təşrif edib.

Fotoda Ahmet Çetin

Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.

Qeyd edək ki, Ahmet Çetin "Aral Group"un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda bir sıra böyük biznes obyektlərinin sahibidir.