Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminəni doğum günü münasibəti ilə təbrik edib.
L.Əliyeva qızının ad günündən fotoları instaqram hesabında paylaşaraq bu sözləri yazıb:
"Əziz Əminə, ad günün mübarək! Səni çox sevirik! Allah bütün uşaqları sağlam və xoşbəxt etsin".
Qeyd edək ki, şəkillərdə Xalq artisti Emin Ağalarovla Leyla Əliyevanın əkizləri Əli ilə Mikayıl və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da yer alıblar. / Axşam.az



