"Kurtlar Vadisi" İranla bağlı olayı illər əvvəl xəbər vermişdi - Video
Yaxın Şərqdə 28 fevral 2026-cı il tarixində başlayan irimiqyaslı ABŞ-İsrail-İran müharibəsi fonunda, əfsanəvi "Kurtlar Vadisi" serialının illər öncə yayımlanan kadrları sosial mediada yenidən gündəmə çevrilib.
Serialda İsrail və İran arasındakı gərginliyin regional müharibəyə çevriləcəyi, kəşfiyyat oyunları və mümkün hücum ssenarilərinin müzakirə edildiyi səhnələr bu gün baş verən hadisələrlə (İran şəhərlərinin vurulması, raket misilləmələri) heyrətamiz şəkildə üst-üstə düşür.
İstifadəçilər serialın "hələ də təəccübləndirmədiyini" vurğulayaraq, ssenarinin sadəcə bədii uydurma deyil, dərin siyasi analizlərə əsaslandığını qeyd edirlər.
Xüsusilə regional güclərin toqquşması və Qərbin bu münaqişədəki rolu ilə bağlı dialoqlar müasir geosiyasi vəziyyəti izah edən "uzaqgörənlik nümunəsi" kimi qiymətləndirilir. / Milli.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı