Küçük İbo illər sonra üzə çıxdı: Yeni halı təəccübləndirdi - FOTO

01 Avqust 2026
688d28c5de4e4202508255117
4

Uşaq vaxtı çıxardığı albomla şöhrət qazanan balaca İbo illər sonra yenidən diqqət mərkəzinə düşüb.

90-cı illərin sonlarına doğru şöhrət qazanan uşaq müğənni Küçük İbo, adını daşıyan serial və filmlərlə iştirak edib. Film və albomu ilə şöhrət qazanan Halil İbrahim Küçük indi 40 yaşındadır. İbrahim Tatlısəsin proqramında ifa etdiyi mahnılarla sevilən Halil İbrahim hazırda əvvəlki qədər məşhur deyil. İbo illər sonra etirafı ilə diqqət çəkib. O, "12 yaşında albom çıxarıb məşhurlaşmaq səhv idi. İndiki hisslərim olsaydı, bu qədər gənc yaşda musiqi dünyasına girməzdim” - deyə bildirib.

Restoran işlətdiyini bildirən Halil İbrahim oraya hərdən getdiyini və daha çox musiqiyə diqqət yetirdiyini ifadə edib. / Metbuat.az