Kəraməti görüşə çağırdım, mənə dedi ki... - Mehman Əhmədlidən şok iddia
Meyxanaçı Mehman Əhmədli yazıçı Kəramət Böyükçölün meyxana ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Meyxanaçı qarşı tərəfin açıqlamalarını əsassız adlandırıb.
O bildirib ki, mənim haqqımda danışan adam özü söz sahibi olmalı və meyxana qədər heç olmasa səviyyəsi olmalıdır:
“Kəramət kimdir ki, durur meyxana, meyxanaçılar haqqında mənfi danışır? Adını yazıb qoyub, amma heç bir verilişə çağırılmayıb, qovublar. Yazıları da göz qabağındadır. Üç-dörd kitab buraxmaq pulla olan şeydir, kim istəsə kitab çıxara bilər. Əgər maraqlı əsəri olsaydı, ondan danışardı”.
M.Əhmədli əlavə edib ki, “Guya mən ona zəng vurub demişəm ki, meyxana haqqında niyə mənfi danışırsan? Deyir ki, Azərbaycan Konstitusiyası mənə icazə verir. Mən də demişəm, bura dağ başı deyil. Harda olub bu söhbət? Bu, yalandır, böhtandır”.
O qeyd edib: “Mən sadəcə bir dəfə zəng vurub demişəm ki, qardaş, gəl oturaq, söhbət edək. Dedi vaxtım yoxdur, sonra da ümumiyyətlə görüşmək istəmədi. Dedi ki, məni natahat edən adamlardan lazımi qurumlara məlumat verəcəm filan. Mən də başa düşdüm ki, bu hansı düşüncədə olan insandır. Artıq onu da tanıdım, sənətini də tanıdım. Bu adam budur, mənim də onun haqqında artıq heç bir sözüm yoxdur”. / Showmedia.az
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto