Kəramətə sərt sözlər: Üzümə heçnə demir arxamca danışır

21 Mart 2026
69be2eb6d137a202603263758
529

Meyxanaçı Kərim Abi yazıçı Kərəmət Böyükçölün meyxana ilə bağlı dediklərinə etiraz edib.

Meyxanaçı bu məsələ ilə bağlı sərt mövqe ortaya qoyub.

O bildirib ki, Kəramət verilişdə məni görür, heç nə demir, amma sonra gedib arxamca status paylaşır:

“Kəramət düz eləmir. Status yazıb ki, Kərim abi deyə bir meyxanaçı var, müsahibə verdiyini görmüşük, meyxana dediyini görməmişik. Biz də heç vaxt görməmişik ki, onun kitabından danışsınlar. Ancaq statuslarından danışırlar, verdiyi müsahibələr müzakirə olunur. O özü yazdığı statusa özü daha çox yaxındır. Azərbaycanda Kəramətin hansısa bir kitabından heç yerdə danışılmayıb. Heç bir efirdə onun bir kitabının məzmunu müzakirə olunmayıb. Kəramət məni də tanıyır, biz İTV-də üz-üzə oturmuşuq, ən çox baxılan verilişimiz olub. Amma orada danışmırdı, sonradan gəlib status yazır. Bu isə mənə görə bir az riyakarlıqdır. Sən məni tanıya-tanıya deyirsən ki, tanımıram”. / Showmedia.az