Kəramətdən sərt sözlər: Öləndən sonra da nə qədər söyürlər söysünlər

10 Fevral 2026
698b71c2a991f202602265826
454
Sən Fəzail Ağamalının 30 il saxta deputat olmağının qarşısını ala bilmirsənsə, öləndən sonra nə qədər söyürsən söy, onun heç bığına da deyil. Onsuz da o, bu yola girəndə lənətləri, söyüşləri nəzərə alıb girmişdi. Fəzailin yerində olmaq istəyən o qədər adamlar var. Qoy 30 il deputat olum, sonra da qızımı deputat eləyim, öləndən sonra da nə qədər söyürlər söysünlər. Bu söyüşlər kiminsə bığına olsaydı, bu günə kimi kimisə yolundan çəkindirərdi. Zahid Oruc da yaxşı bilir ki, öləndən sonra camaat onu necə söyəcək, Rauf da, Miriş də, o biri deputatlar da. Bəs niyə kimsə dəyişmək istəmir? Çünki söyüşlə nəsə dəyişmək mümkün deyil. Fəzailə deyilən Allah lənət eləsinlər bu qədər siyasi məhbusa azadlıq tələbinə çevrilə bilmir. Ona görə də bu söyüşlər heç kimin qozuna deyil.

Kəramət Böyükçöl