Kəmalənin "Atışmamış" mahnısına sərt sözlər: Kimsə öz yoldaşının, qızının məclisində oxudacaqsa...

22 Mart 2026
69bf6053d22d0202603262155
460
Nigar Fərhad şəxsi instagram səhifəsinin hekayə böıümündə Kəmalə Günəşli ilə bağlı paylaşım edib.
Kəmalə Günəşlinin son günlər birmənalı qarşılanmayan ifası barədə sərt sözlər qeyd edib :
"Kəmalə Günəşli səni çox dəstəkləyirdim. Amma artıq bu cəmiyyətə zəhmət olmasa orqanlarından başqa nəsə sun...
Sən bu mahnını çıxaranda camaatın nə düşünəcəyini gözəl bilirdin. Bilə bilə də bunu etmisən ki, trenddə olasan,müzakirəyə səbəb olasan və s.
Trenddə kim qalmaq istəyər,toylarının çox olmasını istəyən müğənni. Səncə səni bundan sonra "m***" deyə deyə kimsə öz övladının, yoldaşının, anasının, qızının məclisində oxudacaq?.Oxudarsa da sözüm daha sənə yoxdur.. ".
Qeyd edək ki, Kəmalə Günəşlinin "Ceyranım" mahnısının sözləri müzakirələrə səbəb olub. Mahnıda "Atışmamış əlimə yapış ceyranım" və digər müzakirəyə səbəb olan sözlər yer alıb.