Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən çəkilən bu videoya yəqin ki, çoxunuz baxmısınız.
Videodakı uşaq Zabil Səfərovdur. Ermənilər onu tanka mindirib aparan zaman nənəsi yalvarır. Deyir, uşağı məndən ayırmayın.
Amma ermənilər buna məhəl qoymur. Bundan sonra nənəni “nə vaxtsa bizim ordu bu torpaqları alacaq” sözünə görə orada ö*ldürürlər.
Zabili isə Şuşa türməsinə aparırlar. Orada azərbaycanlılara qarşı edilən iş*gəncələri görür, ermənilər 23 nəfər soydaşımızı onun gözü qarşısında di*ri-diri ba*sdırır...
Zabil Səfərov 1995-ci ilin noyabrında girovluqdan azad edilib. Əsirlikdə gördüyü işgəncələrə görə sağ qulağı eşitmir, gözündə zəiflik yaranıb, dişlərini qırıblar.
Və vaxt gəlir, nənənin dediyi kimi, ordumuz o torpaqları azad edir, Zabil isə bu cinayələri törədənlərin məhkəməsində şahid kimi çıxış edir. / Qafqazinfo.az