İran Türkiyəyə hücum etdi

30 Mart 2026
69ca8d5e4387a202603264902
812

İrandan Türkiyə istiqamətində yeni raket atılıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, İrandan atılan və Türkiyə hava məkanına daxil olduğu müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Açıqlamada deyilir ki, Türkiyənin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən lazımi tədbirlər görülür və regiondakı bütün hadisələr diqqətlə izlənilir.

Qeyd edək ki, bundan əvvəl İranda Türkiyə istiqamətində 3 ballistik raket atılmışdı. / Metbuat.az