“İdrak” liseyində şagird gördüklərini danışdı: “Onu çox sıxırdılar…” – VİDEO

06 Fevral 2026
6985a4da02726202602262250
3210

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu “İdrak” liseyin şagird müəllimi güllələyib.

Hadisə ilə bağlı lisey şagirdi danışıb.

Müəllimi güllələyən şagirdlə dost olduğunu deyən yeniyetmə həm müəllimin, həm də şagirdin mənfi tərəfinin olmadığını bildirib.

Hadisəyə səbəb kimi isə məktəblinin sıxışdırılması olduğunu qeyd edərək, “sakit uşaqdır, dərslərini də oxuyurdu, müəllim də yaxşıdır, amma məktəbdə onu çox sıxırdılar”, – deyərək fikrini yekunlaşdırıb.

Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və detalları dəqiqləşdirilir. / Noccomment.az