“İdrak”dakı hadisə barədə gülərək müsahibə verən şəxs baxın kim imiş - Video
Bu gün “İdrak” liseyində şagirdin müəllimi güllələməsindən sonra, hadisə yerində gül-gülə müsahibə verən Əməkdar artist Aqşin Abdullayev indi də bunun günahını jurnalistlərin üstünə atmaq qərarına gəlib.
O, hadisə ilə bağlı danışarkən gülüb.
Amma media nümayəndələri buna o qədər də əhəmiyyət verməyib, Əməkdar artistin açıqlamasını yazıblar.
A.Abdullayevin həmin vaxt çəkilən videosu sonradan sosial şəbəkələrdə geniş yayılıb və onun hərəkəti, yəni müəllimin güllələnməsi barədə danışarkən gülməsi sərt tənqid olunub.
Əməkdar artist bundan sonra yeni video çəkmək məcburiyyətində qalıb. O, üzrxahlıq etmək əvəzinə günahı jurnalistlərin üstünə atıb.
Müğənni iddia edir ki, jurnalistlər onun üzərinə cumub:
“Məktəbə gedib uşağı götürdüm, çıxanda bütün media işçiləri üstümə cumdular.
Təsəvvür edin, uşağı götürmüşəm, bütün polislər, çöldə media var, uşaq stress yaşaya bilər.
Orada balaca bir gülüş məqamı oldu. O gülüş onun gülüşü deyildi. Mən uşağa baxıb gülümsəyirdim ki, narahat olmasın, stress keçirməsin. Yəni bir valideyn olaraq hər kəs uşağın yanında olmaq istəyər. Və həmin gülüş mənim o anda etdiyim gülüşdür”.
“Yeni Sabah”ın hadisə yerində olmuş əməkdaşının sözlərinə görə, Əməkdar artist məsələni təhrif edilmiş formada təqdim edir. Belə ki, hadisədən sonra çoxlu sayda valideyn liseyə gələrək orada təhsil alan övladlarını evə aparıb. Lakin onlardan heç biri müsahibə vermək istəməyib. A.Abdullayev isə ayaq saxlayaraq jurnalistlərin suallarına məmnuniyyətlə cavab verib. Onun sosial şəbəkələrdə yayılan gülüş anları da həmin vaxt qeydə alınıb.
Xatırladaq ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.
Şagird saxlanılıb. Ondan ov silahı götürülüb.
Yaralı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Aparılan diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Yaralı müəllimin həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. / Yenisabah.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı