Hökumət binası bombalandı, Pezeşkian sui-qəsd... - Yer-yerindən oynayır

28 Fevral 2026
69a29a5e6ab00202602263350
808
İsrail mənbələrinin yaydığı məlumata görə, İran prezidenti Məsud Pezeşkyana qarşı sui-qəsd cəhdi edildiyi iddia olunur.Ajans.az yerli mediaya istinadən xəbər verir ki,informasiya İsrail radiosu tərəfindən yayımlanıb.Hadisənin təfərrüatları, eləcə də mümkün səbəb və nəticələri barədə hələlik əlavə məlumat verilməyib. İran tərəfi bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Məlumatlar dəqiqləşdirilir.

***

Paytaxtın mərkəzində yerləşən strateji hökumət obyektlərinə birbaşa zərbələr endirildiyi bildirilir. Məlumata görə, hücumlar prezident kompleksi və İranın kəşfiyyat qərargahı da daxil olmaqla bir sıra mühüm dövlət hədəflərini əhatə edib.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, zərbələrdən ən azı biri xüsusilə həssas əraziyə — İranın Ali Lideri Əli Xameneinin ofis kompleksinə yönəlib. Bu fakt hücumların simvolik və siyasi əhəmiyyətini daha da artırır.

Rəsmi qurumlar hadisə ilə bağlı hələlik ətraflı məlumat yaymayıb. Hücumların miqyası, mümkün itkilər və dəymiş zərərin həcmi dəqiqləşdirilir.