Heydərovlara məxsus rezidensiyaya raket düşdü - Foto
Noccomment.az AFN.az-a istinadla xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:
“Raketlərdən biri “Palm Jumeyra” süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Onun izləri Google Map üzərindən də aydın görünür. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib”.
Adada raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafədə isə Heydərovlara məxsus “Sofitel The Palm Resort & Spa” hoteli yerləşir. Məlumata görə, hotel heç bir zərər görməyib.
İranın “Palm Jumeyra”ya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub.



Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto