Həmin şagirdin paylaşımları diqqət çəkdi - Foto
08 Fevral 2026
1170
Bakıda “İdrak” liseyində müəllimini güllələyən şagirdə məxsus olduğu iddia edilən “TikTok” paylaşımları sosial şəbəkələrdə yayılıb.
Sözügedən “TikTok” hesabındakı “repost”ların böyük əksəriyyəti 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edən Vladislav Roslyakovla bağlıdır.
Qeyd edək ki, hücumda azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb. Belə ki, kollecin 18 yaşlı tələbəsi əvvəlcə həmyaşıdlarına atəş açıb, sonra isə özünü öldürüb.
Bu, bir daha göstərir ki, yeniyetmələrin sosial şəbəkə paylaşımları valideynlərin daimi nəzarətində olmalı, onlar övladlarının maraq dairələrini diqqətlə izləməlidirlər.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya sinif otağında atəş açaraq onu yaralayıb. Şagird artıq həbs edilib.
Əlavə edək ki, şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət, silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Məktəb rəhbərliyi müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.
Şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb. / Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
10.06.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Məsciddə yığılan pullarla müğənnilərə qızıl alınıb - Şok iddia
12.09.2026 11:24
Maqazin
Ev, qızıl, paltar, səyahət istədikləri üçün 30-35 yaşlı kukla kimi, göyçək qızlar evdə qalıb
03.09.2026 14:10
Maqazin
Ərim işə gedəndə məni öpməsə... - Qumraldan etiraf
30.08.2026 00:53
Maqazin
Elşən Xəzər Azərbaycandan getdi - Bu ölkəyə köçdü
28.08.2026 11:14
Cəmiyyət
Niyam xaricdən meymun sifariş etdi
27.08.2026 01:18
Maqazin
600 maaş alanı nə edirəm, ayaqqabılarım elə 600 manatdır - Müğənnidə biabırçı sözlər
27.08.2026 00:57
Maqazin
Tanınmış müğənni həmkarının ərinə sevgi mesajı yazdı - Cütlük ayrıldı
27.08.2026 00:50
Maqazin
Tanınmış şəxslərin toya şortiklə gəlməsi tənqid edildi - Video
26.08.2026 12:34
Cəmiyyət
Şəbnəm Tovuzlu tanınmaz halda - Foto
26.08.2026 09:41
Maqazin
Ofelyanın ərinin önündə diz çökdüyü görüntülər müzakirə edildi - Video
25.08.2026 13:12
Maqazin