Həmin müəllim məşhur ailədən imiş - Foto
Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verən silahlı insident nəticəsində xəsarət alan müəllimə ilə bağlı yeni məlumatlar açıqlanıb.
Məlumata görə, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova “Bakı Dövlət Universiteti”nin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı tam orta məktəbi yüksək nəticələrlə bitirib və həmin il Bakı Dövlət Universitetinə qəbul olunub.Ş.Kamilova ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb və universiteti fərqlənmə diplomu ilə başa vurub.Qeyd edək ki, fevralın 6-da “İdrak” liseyində şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllimə xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
***
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.
Güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.
Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəvi şəkildə vəfat edib./ Unikal.az
Redaktor seçimi
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı