Həmin müəllim məşhur ailədən imiş - Foto

06 Fevral 2026
69862b81127f5202602265721
875

Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verən silahlı insident nəticəsində xəsarət alan müəllimə ilə bağlı yeni məlumatlar açıqlanıb.

Məlumata görə, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova “Bakı Dövlət Universiteti”nin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı tam orta məktəbi yüksək nəticələrlə bitirib və həmin il Bakı Dövlət Universitetinə qəbul olunub.Ş.Kamilova ali təhsilini kompüter elmləri ixtisası üzrə alıb və universiteti fərqlənmə diplomu ilə başa vurub.Qeyd edək ki, fevralın 6-da “İdrak” liseyində şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllimə xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarət alan müəlliməyə dərhal tibbi yardım göstərilib, o xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam edir, vəziyyəti orta ağır qiymətləndirilir. Hadisənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir. / Metbuat.az

***

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

Güllə yarası alan riyaziyyat müəllimi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəvi şəkildə vəfat edib./ Unikal.az